BAKI,TurkicWorld,Yusif Şərifzadə
Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr və İordaniya İranın davam edən hücumlarını pisləyərək onları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini və beynəlxalq hüququ pozan açıq təcavüz aktı kimi qiymətləndiriblər.
TurkicWorld xəbər verir ki, yeddi ölkənin birgə bəyanatında dövlətlərin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq fərdi və ya kollektiv şəkildə özünümüdafiə hüququna malik olduğu vurğulanıb.
Bəyanatda BMT Təhlükəsizlik Şurası İranın hücumlarına məruz qalan ölkələrin özlərini müdafiə etmək hüququnu tanımağa çağırılıb.
Sənəddə, həmçinin Təhlükəsizlik Şurasından İranın hücumlarının dərhal dayandırılmasını tələb edən təcili qətnamə qəbul etməsi istənilib.
Birgə bəyanatda Hörmüz və Bab əl-Məndəb boğazlarında sərbəst gəmiçiliyin qorunmasına sadiqlik ifadə olunub.
Tərəflər regional təhlükəsizliyin və sabitliyin təmin edilməsinin vacibliyini də vurğulayıblar.







