Son dəqiqə

Türkiyə Statistika Təşkilatı (TÜİK) Qeyri-qanuni miqrasiya və qaçaqçılıqla mübarizə Qeyri-qanuni miqrasiyaya qarşı yeni tədbirlər: Türkiyə hərəkətə keçdi qeyri-qanuni miqrasiya qanunsuz miqrantlar Türkiyədə miqrasiya statistikası Əfqanıstan miqrantları Türkiyə sərhəd nəzarəti

Türkiyədə saxlanılan qeyri-qanuni miqrantların sayı açıqlanıb - Ən çox saxlanılanlar kimlərdir? (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyədə qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 2026-cı ilin 28 may tarixinədək ümumilikdə 55 min 970 qeyri-qanuni miqrant saxlanılıb. Təkrarlanan hallar çıxıldıqdan sonra isə bu göstərici 51 min 807 nəfər təşkil edib.

Rəsmi statistikaya əsasən, cari ilin ilk beş ayında ən çox saxlanılma yanvar ayında qeydə alınıb. Həmin dövrdə 11 min 925 nəfər qeyri-qanuni miqrant müəyyən edilərək nəzarətə götürülüb. Fevral ayında bu rəqəm 10 min 653, mart ayında 11 min 618, aprel ayında 11 min 875, may ayının 28-dək olan dövründə isə 9 min 899 nəfər olub.

Beləliklə, ilin əvvəlindən may ayının sonuna qədər qeyri-qanuni miqrasiya ilə bağlı saxlanılan şəxslərin ümumi sayı 55 min 970 nəfərə çatıb.

Statistik məlumatlar göstərir ki, Türkiyədə son iyirmi ildə qeyri-qanuni miqrasiya axınında əhəmiyyətli dəyişikliklər yaşanıb. 2006-cı ildə 51 min 983 nəfər qeyri-qanuni miqrant saxlanıldığı halda, 2007-ci ildə bu rəqəm 64 min 290, 2008-ci ildə isə 65 min 737 nəfər olub.

2009 və 2010-cu illərdə göstəricilərdə azalma müşahidə edilib və müvafiq olaraq 34 min 345 və 32 min 667 nəfər qeydə alınıb. Sonrakı illərdə rəqəmlər yenidən artmağa başlayıb. 2014-cü ildə 58 min 647 nəfər saxlanıldığı halda, 2015-ci ildə göstərici 146 min 485 nəfərə yüksəlib.

2016-cı ildə 174 min 466, 2017-ci ildə 175 min 752, 2018-ci ildə isə 268 min 3 qeyri-qanuni miqrant saxlanılıb. Ən yüksək göstərici 2019-cu ildə qeydə alınıb. Həmin il Türkiyə ərazisində 454 min 662 qeyri-qanuni miqrant müəyyən edilərək saxlanılıb.

2020-ci ildə qlobal epidemiya və sərhəd məhdudiyyətlərinin təsiri ilə bu rəqəm 122 min 302 nəfərə qədər azalıb. Sonrakı illərdə isə yenidən artım müşahidə olunub. 2021-ci ildə 162 min 996, 2022-ci ildə 285 min 27, 2023-cü ildə 254 min 8, 2024-cü ildə 225 min 831, 2025-ci ildə isə 160 min 253 qeyri-qanuni miqrant saxlanılıb.

Vətəndaşlıq üzrə bölgüyə nəzər saldıqda, 2026-cı ilin ilk beş ayında saxlanılan qeyri-qanuni miqrantlar arasında Əfqanıstan vətəndaşları üstünlük təşkil edib. Bu ölkənin 16 min 436 vətəndaşı qeyri-qanuni miqrasiya səbəbindən saxlanılıb.

Siyahıda ikinci yerdə 7 min 960 nəfərlə Suriya vətəndaşları qərarlaşıb. Daha sonra 4 min 219 nəfərlə Özbəkistan, 3 min 731 nəfərlə Türkmənistan və 3 min 709 nəfərlə İran vətəndaşları gəlir.

Mərakeş vətəndaşları arasında saxlanılanların sayı 1 min 450 nəfər, Misir vətəndaşları arasında 1 min 375 nəfər olub. İraq vətəndaşları üzrə bu göstərici 2 min 273, Sudan üzrə 887, Yəmən üzrə isə 949 nəfər təşkil edib.

Digər ölkələrin vətəndaşları kateqoriyasında isə 12 min 981 nəfər qeyri-qanuni miqrant saxlanılıb.

Məlumatların müqayisəsi göstərir ki, son beş il ərzində Türkiyədə saxlanılan qeyri-qanuni miqrantlar arasında Əfqanıstan və Suriya vətəndaşları ən böyük paya malik olmağa davam edir. Bununla yanaşı, Özbəkistan, Türkmənistan, İran və Misir vətəndaşları arasında da son illərdə nəzərəçarpacaq artım qeydə alınıb.

Qeyri-qanuni miqrasiyanın qarşısının alınması istiqamətində aparılan tədbirlər çərçivəsində Türkiyə təhlükəsizlik və miqrasiya qurumları sərhəd nəzarətinin gücləndirilməsi, insan alveri və qanunsuz miqrasiya şəbəkələrinə qarşı əməliyyatların davam etdirildiyini bildirir.

Mövzuya görə xəbərlər