İbrahim Kalın Liviya Türkiye təyyarə qəzası Türkiyə-Liviya müqaviləsi regional sabitlik siyasəti regional rifah və sabitlik Regional sabitlik və təhlükəsizlik regional sabitlik təşəbbüsü Regional təhlükəsizlik və əməkdaşlıq regional təhlükəsizlik riski

Türkiyə və Liviya təhlükəsizlik məsələlərini müzakirə edib

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın Tripolidə Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfi ilə görüşüb.

TurkicWorld xəbər verir ki, Prezident Şurasından verilən məlumata görə, görüş zamanı Kalın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Menfiyə çatdırıb.

Görüşdə Türkiyə-Liviya münasibətləri ilə yanaşı, yerli və regional məsələlər müzakirə olunub. Tərəflər Liviyanın sabitliyinin regional təhlükəsizlik üçün əsas amil olduğunu vurğulayıb və bu istiqamətdə iki ölkə arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Bildirilib ki, Kalın iki ölkə arasında davam edən koordinasiya çərçivəsində 23 dekabr 2025-ci ildə Ankarada qəzaya uğramış Liviya hərbi heyətinə məxsus təyyarə ilə bağlı son vəziyyət barədə də məlumat verib.

Mövzuya görə xəbərlər