Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan TBMM Şamil Ayrım Türkiye Türkiyə-Azərbaycan Universiteti Rəcəb Tayyib Ərdoğan çıxışları

Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat (VİDEO)

Bakı, TurkicWorld

Türkiyə-Azərbaycan əlaqələri gündəlik siyasətə alət edilməyəcək qədər köklü və qədimdir.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AKP millət vəkili Şamil Ayrım bu gün TBMM-də çıxışı zamanı deyib.

O qeyd edib ki, bu əlaqələr iki dövlət münasibətlərindən qat-qat üstündür.

"Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram. Tənqid başqadır, alçaldıcı ritorika başqadır. Qazi Məclisimizin kürsüsü qardaşlığımızı gücləndirən sözlər üçün zəmin olmalıdır. Ədalət və İnkişaf Partiyasının, hökumətimizin mövqeyi qətidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu çərçivədən kənara çıxan yanaşmanı qəbul etmirik.

Türkiyə güclüdür, Can Azərbaycan güclüdür. Bir millət, iki dövlət, birlikdə daha güclüyük", - deyə Ş.Ayrım əlavə edib.

Mövzuya görə xəbərlər