BAKI,TurkicWorld
Türkiyədə hüquq mühafizə orqanları İzmirin Seferihisar bələdiyyəsində əməliyyat keçirib. Korrupsiya halları ilə əlaqədar barələrindən həbs qərarı çıxarılmış 48 şübhəlidən 43-ü saxlanılıb.
Bu barədə "Haber7" məlumat yayıb.
Müəyyən edilib ki, tikinti və şəhərsalma məsələləri ilə bağlı bələdiyyə əməkdaşları ilə podratçılar arasında qanunsuz əməliyyatlar aparılıb, bu əməliyyatlar müqabilində nağd və bank hesabları vasitəsilə müəyyən məbləğlərdə rüşvət alınıb.
Həmçinin bələdiyyə daxilində keçirilən tenderlər və birbaşa satınalma yolu ilə həyata keçirilən alışlarda müxtəlif qanunsuzluqlara yol verildiyi müəyyənləşdirilib.
Əldə edilən sübutlar və müəyyənləşdirilən faktlardan sonra hərəkətə keçən əməliyyat qrupları barələrində saxlanılma qərarı verilmiş 48 şübhəlinin yaşayış və iş ünvanlarına səhər saatlarında eyni vaxtda basqınlar həyata keçirib. Əməliyyat zamanı 43 şübhəli tutulularaq saxlanılıb, ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda cinayət sübutu aşkarlanaraq götürülüb.
Hazırda məsuliyyətdən qaçan 5 şübhəlinin tutulması istiqamətində tədbirlərin davam etdiyi bildirilib.







