Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Ankara Türkiye

Türkiyə artıq başqalarının yazdığı ssenaridə rol oynamır - Ərdoğan

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkəsinin milli təhlükəsizlik strategiyasında və xarici siyasətində yeni bir dövrün başladığını elan edib.

TurkicWorld xəbər verir ki, Prezident Kompleksində keçirilən Milli Təhlükəsizlik Konfranslarının açılış mərasimində çıxış edən dövlət başçısı, Türkiyənin regional və qlobal arenada müstəqil qərar qəbul edən gücə çevrildiyini vurğulayıb:

“Türkiyə artıq başqalarının ssenarilərində özünə rol biçilən bir ölkə deyil. Öz hekayəsini yazan, öz gələcəyini formalaşdıran və regionunda oyunqurucu bir aktora çevrildiyini dost-düşmən hər kəsə nümayiş etdirən bir dövlətdir”- deyə o bildirib.

Türkiyə Cümhuriyyətinin köklü bir dövlətçilik ənənəsinin son halqası olduğunu bildirən Ərdoğan, prezidentlik forsunun 2200 ildən çox tarixi olan 16 türk dövlətini təmsil etdiyini xatırladıb. O qeyd edib ki, Türkiyə 15 İyul hadisələrindən sonra terrorla mübarizədə "təhlükəni mənbəyində yox etmək" strategiyasına keçərək həm ölkə daxilində, həm də sərhədlərdən kənarda mühüm uğurlar qazanıb:

“İraq və Suriya əməliyyatlarımız ölkəmizin üzərinə qoyulan süni maneələri və məhdudiyyətləri parça-parça edərək təhlükəsizlik paradiqmamızda yeni bir mərhələ başlatdı. Milli təhlükəsizliyimiz riskə girdiyi an gözümüzün heç nə görməyəcəyini çox açıq şəkildə ortaya qoyduq. Bu gün Körfəz regionundan Şimali Afrikaya və Şərqi Aralıq dənizinə qədər atdığımız qətiyyətli addımların arxasında məhz bu artan özünəinam, cəsarət və müstəqil hərəkət etmək qabiliyyəti dayanır”- deyə Ərdoğan bildirib.

Mövzuya görə xəbərlər