Son dəqiqə

Qəzza zolağı Qəzza Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzza müharibəsi diplomatiyası Qəzza müharibəsi 2025 Qəzza müharibəsi əlaqələri qəzza sülh sazişi Qəzzada yerləşdiriləcək beynəlxalq qüvvə

Türkiyə Qəzzaya indiyədək 20 min tondan çox humanitar yardım çatdırıb

BAKI, TurkicWorld, Nailə Babazadə

Türk Qızıl Ayparası tərəfindən Qəzza zolağındakı təxirəsalınmaz ehtiyacları qarşılamaq üçün hazırlanan və daxilində təxminən 1400 ton humanitar yardım materialı olan 20-ci "Yaxşılıq gəmisi" Mersin Beynəlxalq Limanından mərasimlə yola salınıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin öncülüyü ilə həyata keçirilən yardım fəaliyyətləri çərçivəsində hazırlanan bu gəmidə əsasən qida, gigiyena vasitələri, geyim, adyal, sığınacaq ləvazimatları və körpələr üçün müxtəlif materiallar yer alıb.

Mersin Beynəlxalq Limanında təşkil olunan yolasalma mərasimində Türk Qızıl Ayparasının İdarə Heyətinin üzvü Yener Tanıq, Mersin vali müavini Murat Çağrı Erdinç və digər rəsmi şəxslər iştirak ediblər.

Mövzuya görə xəbərlər