Son dəqiqə

TÜİK işsizlik Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyədə işsizlik səviyyəsi 2025 gənclər arasında işsizlik Türkiyə İşsizlik səviyyəsi İşsizlikdən sığorta fondu

Türkiyədə işsizlərin sayı 3 milyonu ötüb

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyədə noyabr ayında işsizlik əvvəlki aya nisbətən 0,1 faiz artaraq 8,6 faiz səviyyəsində qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) məlumat yayıb.

Məlumata görə, 15 yaş və yuxarı işsizlərin sayı 3 milyon 98 min nəfər olub və işsizlik səviyyəsi 8,6 faiz təşkil edib, bu əvvəlki aya nisbətən 0,1 faiz artım deməkdir.

İşsizlik kişilər arasında 7 faiz, qadınlar arasında 11,8 faiz səviyyəsində qeydə alınıb.

Gənc əhali (15-24 yaş) arasında işsizlik isə 15,4 faiz olaraq qalıb. Bu göstərici kişilər arasında 10,6 faiz, qadınlar arasında isə 24,4 faiz olub.

TÜİK-in açıqlamasına görə, noyabr ayı statistikaları işçi qüvvəsi vəziyyətinin monitorinqi üçün əhəmiyyətlidir.

Mövzuya görə xəbərlər