Son dəqiqə

ASELSAN Baykar Havelsan ROKETSAN Türkiyə Müdafiə Sənayesi İdərəsi

Türkiyə müdafiə sənayesi şirkətləri ADEX 2024-də iştirak edəcək

Bakı,TurkicWorld

Türkiyənin müdafiə sənayesi şirkətləri 24-26 sentyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX 2024) Sərgisində iştirak edəcək.

TurkicWorld xəbər verir ki, bu il beşinci dəfə təşkil olunacaq yarmarkada dünyanın hər yerindən, xüsusilə Avrasiya və Qafqaz ölkələrindən rəsmi nümayəndə heyətləri iştirak edəcək.

ADEX 2024 müdafiə avadanlığı sahəsində dünyanın ən böyük istehsalçı və inkişaf etdirici şirkətlərini ölkələrin müdafiə nazirləri, Baş Qərargah rəisləri və yüksək rütbəli hərbi rəsmilərlə bir araya gətirmək məqsədi daşıyır.

Qeyd edək ki, ADEX 2022 sərgisində 208-dən çox şirkət, 33 beynəlxalq nümayəndə heyəti və 8967 ziyarətçi iştirak edib .

ADEX 2024 çərçivəsində Müdafiə Sənayesi Rəyasət Heyətinin rəhbərlik etdiyi Türkiyənin müdafiə sənayesi şirkətləri Bakı Ekspo Mərkəzində 50 şirkət və 3500 kvadratmetr sahə ilə bu günə qədər ən yüksək iştirakını nümayiş etdirəcək. Bununla Türkiyə ADEX 2024-ə ən çox şirkətlə qatılan ölkə olub.

Sərgidə iştirak edəcək şirkətlər arasında ASELSAN, BAYKAR TECHNOLOGY, HAVELSAN, ROKETSAN və digər müdafiə sənayesi şirkətləri olacaq.

Mövzuya görə xəbərlər