Son dəqiqə

Adnan Menderes Hava Limanı Statistika sərnişin təyyarələri

Adnan Menderes Hava Limanına sərnişindaşıma 5 milyon nəfəri keçib

Bakı, TurkicWorld

2024-cü ilin iyun ayında Türkiyənin İzmir Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz arataraq, 5 milyon 311 min 478 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 9 faiz artaraq, 3 milyon 420 min 585 nəfər, beynəlxalq reyslər üzrə isə 25 faiz artaraq 1 milyon 890 min 893 nəfər təşkil edib. 2024-cü ilin iyun ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 71 min 192 ton təşkil edib.

2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq, 41 min 356 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 15 faiz artaraq, 29 min 836 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 9 faiz artaraq, 35 min 959 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 22 min 699, beynəlxalq reyslər üzrə isə 19 faiz artaraq 13 min 260 olub.

Bu ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 104 milyon 725 min 264 nəfər, yük daşınması isə 2 milyon 242 min 185 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük daşınması isə 4 milyon 211 min 507 ton təşkil edib.

Mövzuya görə xəbərlər