Yük daşımaları Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Beynəlxalq yük daşımaları sərnişin təyyarələri Van hava limanı Türkiyə yük daşımaları Türkiyə daxili və beynəlxalq yük daşımaları Türkiyədə hava nəqliyyatı 2025 Hava yük daşımaları Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları hava limanında sərnişin rekordu

Yanvar ayında Van Hava Limanında 146 mindən çox sərnişin daşınıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,04 faiz artaraq, 146 min 758 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 1 faiz azalaraq, 143 min 817 nəfər, beynəlxalq reyslər üzrə isə 1 dəfə artaraq 2 min 941 nəfər təşkil edib.

2026-ci ilin yanvar ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq min 494 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, min 422 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1 dəfə artaraq, 73 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2026-ci ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 24 faiz azalaraq, min 248 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 25 faiz azalaraq, min 226, beynəlxalq reyslər üzrə isə 1 dəfə artaraq 22 olub.

2026-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 17 milyon 773 min 67 nəfər, yük daşınması isə 401 min 866 ton təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.

Mövzuya görə xəbərlər