Son dəqiqə

Sabiha Gökçen Havalimanı sərnişin təyyarələri Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı

Sabiha Gökçen hava limanında sərnişindaşıma 7 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin fevral ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 7 milyon 916 min 195 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 15 faiz artaraq, 3 milyon 303 min 801 nəfər, beynəlxalq reyslər üzrə isə 14,6 faiz artaraq 4 milyon 612 min 394 nəfər təşkil edib.

2026-ci ilin fevral ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 89 min 87 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq, 24 min 899 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 16 faiz artaraq, 64 min 187 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2026-ci ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin fevral ayı ilə müqayisədə 12 faiz artaraq, 44 min 808 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz artaraq, 18 min 85, beynəlxalq reyslər üzrə isə 12,7 faiz artaraq 26 min 723 olub.

2026-ci ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 32 milyon 857 min 590 nəfər, yük daşınması isə 249 min 326 ton təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.

Mövzuya görə xəbərlər