BAKI, TurkicWorld, Nailə Babazadə
2026-ci ilin fevral ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 2 milyon 276 min 348 nəfər olub.
Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq, 1 milyon 668 min 84 nəfər, beynəlxalq reyslər üzrə isə 22 faiz artaraq 608 min 264 nəfər təşkil edib.
2026-ci ilin fevral ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 22 min 916 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 13 min 747 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 17 faiz artaraq, 9 min 169 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2026-ci ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin fevral ayı ilə müqayisədə 9 faiz artaraq, 16 min 610 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz artaraq, 11 min 830, beynəlxalq reyslər üzrə isə 19 faiz artaraq 4 min 780 olub.
2026-ci ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 32 milyon 857 min 590 nəfər, yük daşınması isə 249 min 326 ton təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.







