BAKI,TurkicWorld, Orxan Qədirzadə
2026-ci ilin mart ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 3 milyon 390 min 245 nəfər olub.
Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 10 faiz artaraq, 2 milyon 526 min 866 nəfər, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 863 min 379 nəfər təşkil edib.
2026-ci ilin mart ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 32 min 927 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq, 20 min 427 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 18 faiz artaraq, 12 min 545 ton təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.







