Son dəqiqə

Esenboğa Hava Limanı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Ankara Esenboğa Hava Limanını hava limanı

Esenboğa Hava Limanından istifadə edən müştərilərin sayı artır - 4 milyondan çox xarici sərnişin (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-ci ilin aprel ayında Türkiyənin Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 4 milyon 494 min 359 nəfər olub.

Bu barədə TurkicWorld - ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 3 milyon 372 min 37 nəfər, beynəlxalq reyslər üzrə isə 16 faiz artaraq 1 milyon 122 min 322 nəfər təşkil edib.

2026-ci ilin aprel ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 42 min 881 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 26 min 675 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 11 faiz artaraq, 16 min 206 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2026-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin aprel ayı ilə müqayisədə 10 faiz artaraq, 33 min 867 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 9 faiz artaraq, 24 min 751, beynəlxalq reyslər üzrə isə 13 faiz artaraq 9 min 116 olub.

2026-ci ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 67 milyon 496 min 871 nəfər, yük daşınması isə 1 milyon 556 min 527 ton təşkil edib.

Mövzuya görə xəbərlər