Bakı. TurkicWorld:
Türk Hava Yolları (THY) tərəfindən daşınan sərnişinlərin sayı mart ayında keçən ilin eyni ayına görə yüzdə 0,5 artaraq 6,14 milyona çatıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türk Hava Yolları açıqlama verib.
THY, inventarında 453 təyyarə olduğunu da açıqlayıb.
Nəşr edilən məlumatlara görə, aviaşirkətin 2023-cü ilin mart ayı ərzində ümumi sərnişin sayı 6,11 milyon, 2024-cü ilin eyni dövründə isə 0,5 faiz artaraq 6,14 milyona çatıb.
2023-cü ilin mart ayında beynəlxalq-beynəlxalq transfer sərnişinlərinin sayı 2,5 milyon ikən, 2024-cü ilin eyni dövründə 3 faiz artaraq 2,6 milyona çatıb.
2024-cü ilin yanvar-mart dövrünü əhatə edən 3 aylıq məlumatlara görə, THY-nin 2023-cü ilin yanvar-mart dövründə 17 milyon olan cəmi sərnişin sayı, 2024-cü ilin eyni dövründə yüzdə 8,4 artaraq 18,5 milyona çatıb.
Hafiz Rufizoğlu