Son dəqiqə

Türkiyə THY TUSAŞ

THY Rolls Royce və Airbus ilə üçtərəfli müqavilə imzalayıb

Bakı, TurkicWorld:

Ötən il 350 təyyarə sifariş edən Türk Hava Yolları (THY) ümumi dəyəri 70 milyard dollar olan bu sifarişin əhəmiyyətli hissəsini Türkiyədə istehsal etmək üçün Rolls Royce və Airbus ilə üçtərəfli müqavilə imzalayıb.

TurkicWorld xəbər verir ki, protokolun imzalanması mərasimində Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və ticarət naziri Ömər Bolat iştirak edib.

Məlumata əsasən, TAİ, TUSAŞ və HAVELSAN kimi ictimai şirkətlər də daxil olmaqla bir sıra şirkətlər Airbus və Rolls Royce üçün təyyarə hissələri istehsal edəcək.

Qeyd edək ki, Türk Hava Yolları (THY) 2023-cü ildə 83,4 milyon sərnişin daşıyaraq rekord göstəriciyə çatıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər