Bakı, TurkicWorld
2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin Səudiyyə Ərəbistana tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq, 28,4 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə Səudiyyə Ərəbistana 2,7 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 9,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq, 7 milyard dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 806 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən sentyabr iyul ayı ilə müqayisədə 7,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 9 milyard 425 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.