Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyənin D-8 ölkələrinə ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin noyabr ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 6,1 faiz azalaraq 861 milyon 863 min dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən 2024-cü ilin yanvar – noyabr ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, 2023-cü ilin analoji dövri ilə müqayisədə 12,4 faiz artaraq, 9 milyard 200 milyon 649 min dollar olub.

“2024-cü ilin noyabr ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq 1 milyard 336 milyon 623 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, 2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin D-8 ölkələrindən idxalı 2023-cü ilin analoji dövrü ilə müqayisədə 14 faiz artaraq, 13 milyard 934 milyon 511 min dollar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 37 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin noyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalaraq 22 milyard 289 milyon dollar, idxalı isə 2,7 faiz artaraq 29 milyard 748 milyon dollar olub.

“2024-cü ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 2023-cü ilin eyni ayları ilə müqayisədə 550 milyard 26 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 238 milyard 462 milyon dollara, idxalı isə 6,3 faiz azalaraq 311 milyard 798 milyon dollar olub.

Qeyd edək ki, 2023-cü ildə Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Mövzuya görə xəbərlər