Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyənin İƏT ölkələrinə ixracatı 6 milyard dollara yaxınlaşır (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin noyabr ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 12,6 faiz azalaraq 5 milyard 779 milyon 819 min dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən 2024-cü ilin yanvar – noyabr ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 5,8 faiz artaraq, 62 milyard 998 milyon 854 min dollar olub.

“2024-cü ilin noyabr ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalaraq 3 milyard 744 milyon 751 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, 2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin İƏT ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 6,8 faiz azalaraq, 38 milyard 894 milyon 877 min dollar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 37 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin noyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalaraq 22 milyard 289 milyon dollar, idxalı isə 2,7 faiz artaraq 29 milyard 748 milyon dollar olub.

“2024-cü ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 550 milyard 26 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 238 milyard 462 milyon dollara, idxalı isə 6,3 faiz azalaraq 311 milyard 798 milyon dollar olub.

Qeyd edək ki, 2023-cü ildə Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Mövzuya görə xəbərlər