Bakı, TurkicWorld
2024-cü ilin noyabr ayında Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 4,7 faiz artaraq 9 milyard 283 milyon 435 min dollar olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən 2024-cü ilin yanvar – noyabr ayında, Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı, 2023-cü ilin analoji dövri ilə müqayisədə 4 faiz artaraq, 99 milyard 355 milyon 460 min dollar olub.
“2024-cü ilin noyabr ayında Türkiyənin Avropa Birliyi ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 9 milyard 439 milyon 183 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Nazrilikdən bildiriblər ki, 2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Avropa Birliyi ölkələrindən idxalı 2023-cü ilin analoji dövrü ilə müqayisədə 3,7 faiz artaraq, 100 milyard 276 milyon 881 min dollar təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 37 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin noyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalaraq 22 milyard 289 milyon dollar, idxalı isə 2,7 faiz artaraq 29 milyard 748 milyon dollar olub.
“2024-cü ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 2023-cü ilin eyni ayları ilə müqayisədə 550 milyard 26 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 238 milyard 462 milyon dollara, idxalı isə 6,3 faiz azalaraq 311 milyard 798 milyon dollar olub.
Qeyd edək ki, 2023-cü ildə Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.
2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.