Azərbaycan Suriya Yalçın Rəfiyev

Bakıdan Dəməşqə üç mesaj çatdırılıb

Bakı, TurkicWorld

Azərbaycan Suriya ilə əlaqələrində yeni səhifə açır.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bunu Qətərin Əl-Cəzirə telekanalına müsahibəsində Azərbaycan Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev bildirib.

“Əsəd rejimi ilə əlaqələrin kəsilməsindən sonra iki ölkə qarşılıqlı ikili əlaqələrində yeni fəsil açdıq.Eyni zamanda suiryalılar üçündə hal hazlrda yeni hökümətin idarıçiliyi altında bir mərhələ və yeni bir fəsil açıldı”-deyə Rəfiyev bildirib.

  • Azərbaycan qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazırdır -Prezident İlham Əliyev

Nazir müavini bildirib ki, yeni keçid höküməti Suriyanın gələcəyi üçün çox emidvericidir.

Rəfiyev Dəməşqdə Suriyanın yeni XİN rəhbəri Əssad Həsən Əş-Şibani ilə görüşünün təfərrüatları haqda da danışıb.

“Şibani ilə görüş olduqca maraqlı idi. Əlaqələrimizin 12 ildən sonra bərpasına hər ikimiz də çox şad idik. Bu görüş bizim üçün diplomatlar və rəsmilərlə ikili əlaqlərimizin gələcəyini müzakirə etəyə imkan yaratdı”-deyə nazir müavini qeyd edib.

Bakıdan Suriyaya üç messaj


Rəfiyev Bakının Suriyaya üç əsas messajı çatdırdığını qeyd edib.

“Yeni Suriya hökümətinə üç əsas mesajımız var idi: Birincisi o idi ki, bu gün bizim əlaqələrimizin yüksək mərhələyə çatdırılması üçün olduqca vacib fürsət yaranıb. İkincisi , biz on iki ildən sonra Dəməşqdə səfirliyimizi açmağa hazırıq. Üçüncüsü isə Azərbaycan Suriya hökümətinə və xalqına ölkənin bərpa edilməsində köməklik göstərməyə hazırdır.”-deyə o bildirib.

Nazir müavini onu da qeyd edib ki, eyni zamanda Azərbaycan Suriya xalqının qarşılaşdığı humanitar böhranı bildiyi üçün onlara humanitar yardım iki yüz tonluq humanitar yardım göndərib.

  • “Azərbaycan Respublikasının Prezidentinin göstərişinə müvafiq olaraq Suriyada humanitar vəziyyətdən əziyyət çəkən əhaliyə yardım məqsədilə Azərbaycan Respublikasının hökumətinin adından Suriya Ərəb Respublikasına müvafiq humanitar yardım konvoyunun göndərilməsi nəzərdə tutulub. Bu konvoy ümumilikdə 200 tona yaxın qida və ərzaq məhsullarını əhətə edir. Konvoyun Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə üzərindən keçməklə Çobanbəy keçid məntəqəsində Suriyaya və Suriya üzərindən İdlib şəhərinə çatdırılması nəzərdə tutulub. Bu yardımın Türkiyənin AFAD təşkilatı vasitəsilə Suriyanın İdlib şəhərində ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub”-Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Rəfiyev onu da bildirib ki, hal-hazırda bu humanitar yardım yoldadır.

“Eyni zamanda bütün bunlarla yanaşı biz Suriyanın inşasına da hazırıq.Azərbaycan otuz il işğal altında qalan ərazilərini azad etdikdən sonra bu əraziləri bərpa etmək təcrübəsinə sahib olan bir dövlət kimi Suriyada da dağıntıların bərpasına və ölkənin inşasına yardım edə bilər”-deyə o qedy edib.

Aparıcının “Bütün bunların müqabilində Azərbaycan yeni Suriya hökümətindən nə gözləyir?” sualına Rəfiyev :“Biz Suriya hökümətindən müsbət mesajlar almaqdayıq. Bu mesajlardan ən önəmlisi isə, qonşularla dostluq münasibəti haqqında verilən mesajlardır. Mən cənab Şibani ilə görüşümdə də bu haqda açıqlamalar aldım. Yeni Suriya höküməti deyib ki, Yaxın Şərqdə, regionda sülh istəyir, xalqının rifahına çalışır və qonşu dövlətlərin heç biri ilə problem istəmir və eyni zamanda qonşu dövlətlərin müdaxiləsinə və ya sərt cavabına səbəb olacaq hər hansı bir şeyin olmasını istəmir. Təbii ki, bütün bu mesajlar, beynəlxalq ictimaiyyətin və Azərbaycanın eşitmək istədiyi mesajlardır. Bizim gözləntilərimizə gəlincə, Azərbaycan və Suriya əlaqələrinin bərpa edilməsinə səbəb olan yeni Suriya hökümətindən məmnunuq. Görüş zamanı, Suriya hökümətinin də Azərbaycanla əlaqələrini bərpa etməkdə olduqca maraqlı olduğunu gördüm. Mən əminəm ki, hər iki tərəf əlaqələrin daha da güclənməsi üçün əlindən gələni edəcək və Suriya beynəlxalq platformalarda bir-birinə lazımi dəstəyi göstərəcək.”-deyə bildirib.

Müsahibəsində Rəfiyev, beynəlxaq ictimaiyyətin yeni Suriya hökümətinə münasibəti, eləcə də ölkə qarşısında olan təhdidlər haqqında da danışıb.

TurkicWorld Yalçın Rəfiyevin müsahibəsini təqdim edir.

Mövzuya görə xəbərlər