Son dəqiqə

İran ABŞ Donald Tramp Ağ Ev Hörmüz boğazında ABŞ–İran gərginliyi yenidən alovlanır

Tramp: İranın 100-dən çox gəmisi batırılıb, 7 min hədəf məhv edilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp İranla davam edən hərbi münaqişə çərçivəsində ABŞ qüvvələrinin indiyədək İran ərazisində 7 min hədəfi vurduğunu bəyan edib.

TurkicWorld xəbər verir ki, Ağ Ev rəhbəri Hörmüz boğazında gərginliyin pik həddə çatdığını və İranın dəniz qüvvələrinə ağır zərbələr endirildiyini bildirib.

Trampın sözlərinə görə, ABŞ ordusu Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi əməliyyatlar zamanı İrana məxsus 100-dən çox gəmini batırıb. O qeyd edib ki, boğazdakı İran hərbi gəmiləri ABŞ-ın birbaşa hədəfinə çevrilib və zərərsizləşdirilib. Bu açıqlama bölgədə davam edən hərbi əməliyyatların miqyasının nə dərəcədə böyük olduğunu bir daha nümayiş etdirir.

Prezident vurğulayıb ki, ABŞ-ın bu addımları bölgədəki strateji maraqları qorumaq və enerji daşımalarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Qeyd edək ki, fevralın sonunda başlayan hərbi toqquşmalar nəticəsində Hörmüz boğazı ətrafında vəziyyət kritik olaraq qalır və tərəflər arasında qarşılıqlı zərbələr davam edir.

Mövzuya görə xəbərlər