BAKI,TurkicWorld,Yusif Şərifzadə
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bildirib ki, İranla bağlı qlobal enerji böhranı ölkələri elektrikləşmə prosesini sürətləndirməyə vadar edəcək.
TurkicWorld xəbər verir ki, o bu barədə enerji siyasətinə dair açıqlamasında danışıb.
Birol qeyd edib ki, bir çox dövlətlər enerji strategiyalarını, siyasətlərini və texnoloji seçimlərini yenidən nəzərdən keçirir.
Onun sözlərinə görə, ölkələr enerji təhlükəsizliyini gücləndirmək və neft-qaz qiymətlərindəki kəskin dəyişikliklərdən qorunmaq üçün daxili enerji sistemlərini daha dayanıqlı hala gətirməyə çalışırlar.
Fatih Birol əlavə edib ki, mövcud böhran qlobal miqyasda elektrikləşmə prosesinə əlavə təkan verəcək.







