BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzza zolağında İsrail hücumları nəticəsində ölənlərin sayı 73 min 35 nəfərə yüksəlib.
TurkicWorld xəbər verir ki, bu barədə Fələstinin “Wafa” agentliyi yerli tibb mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin oktyabrından bəri İsrail hücumlarında 173 min 368 nəfər yaralanıb.
Həmçinin bildirilir ki, ABŞ-ın vasitəçiliyi ilə oktyabr ayında əldə olunan “atəşkəs”dən sonra Qəzzada İsrail hücumları nəticəsində 1 005 fələstinli həyatını itirib.







