Son dəqiqə

İran Xarici İşlər Nazirliyi Enerji təhlükəsizliyi Hörmüz boğazı Regional gərginlik neft daşımaları Amerika Birləşmiş Ştatları

Hörmüz boğazında təhlükəsiz keçid üçün rabitə xətti yaradılıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hörmüz boğazından keçən gəmilərin təhlükəsiz hərəkətini təmin etmək və anlaşılmazlıqların qarşısını almaq məqsədilə tərəflər arasında rabitə kanalı yaradılıb.

TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü danışıqların bu istiqamətdə müəyyən irəliləyiş göstərdiyini bildirib.

Bununla belə, İran şənbə günündən etibarən Hörmüz boğazının bağlandığını elan edib və gəmilərə əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

Rəsmi Tehran bildirib ki, boğaza yaxınlaşan hər bir gəmi təhlükəsizlik riskləri ilə üzləşə bilər.

Məlumata görə, hazırkı vəziyyət geniş diplomatik prosesin yalnız bir hissəsidir və hələ də bir sıra açıq qalan mübahisəli məsələlər mövcuddur.

Ekspertlər bildirir ki, tərəflər arasında gərginlik qalmaqda davam etsə də, kommunikasiya kanallarının açıq saxlanılması mühüm addım kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər