BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran əldə olunacaq razılaşma çərçivəsində genişmiqyaslı silah yoxlamalarına razılıq verəcək.
TurkicWorld xəbər verir ki, Tramp bu barədə öz sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, İranın “nüvə şəffaflığını” təmin etmək məqsədilə ölkə ərazisində beynəlxalq nəzarət və yoxlamaların aparılması razılaşmanın əsas hissələrindən biri olacaq.
Tramp iddia edib ki, bu mexanizm gələcəkdə nüvə proqramı ilə bağlı şəffaflığın təmin edilməsinə xidmət edəcək.
Rəsmi Tehran isə hələlik bu açıqlamaya dair əlavə mövqe bildirməyib.







