Son dəqiqə

İran İsmayıl Bəqai Nüvə Proqramı Beynəlxalq Münasibətlər Beynəlxalq Atom Enerjisi Agentliyi Ali Milli Təhlükəsizlik Şurası

İran: Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq davam edəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı mövcud prosedurlara uyğun şəkildə davam etdirəcək.

TurkicWorld xəbər verir ki, o bu barədə İranın rəsmi xəbər agentliyinə açıqlama verib.

Bəqai qeyd edib ki, BAEA ilə əlaqələr İran parlamentinin təsdiqləri və Ali Milli Təhlükəsizlik Şurasının qərarları çərçivəsində həyata keçiriləcək.

Onun sözlərinə görə, bütün əməkdaşlıq prosesi ölkənin rəsmi qurumlarının müəyyən etdiyi qaydalara uyğun tənzimlənəcək.

İran tərəfi nüvə proqramı ilə bağlı beynəlxalq öhdəliklərə sadiqliyini qoruduğunu bildirir.

Mövzuya görə xəbərlər