Son dəqiqə

NATO İsrail İran ABŞ Almaniya Hollandiya Fridrix Mers

Kansler Fridrix Mers: "Yaxın Şərqdəki müharibə NATO-nun işi deyil"

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Almaniya Kansleri Fridrix Mers ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların NATO ilə heç bir əlaqəsinin olmadığını və Almaniyanın bu müharibədə iştirak etməyəcəyini bəyan edib.

TurkicWorld xəbər verir ki, kansler bu açıqlamanı hollandiyalı həmkarı Rob Jetten ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Fridrix Mers vurğulayıb ki, ABŞ və İsrail bu müharibəyə başlamazdan əvvəl müttəfiqlərlə məsləhətləşmələr aparmayıblar. "Bu müharibəyə müdaxilə ilə bağlı heç vaxt birgə qərar qəbul edilməyib. Buna görə də Almaniyanın hərbi töhfəsi məsələsi gündəmdə deyil və biz bunu etməyəcəyik", - deyə kansler ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını açmaq üçün etdiyi çağırışlara rədd cavabı verib. Mers həmçinin Almaniyanın boğaza hərbi gəmilər göndərməyəcəyini kəskin şəkildə ifadə edib.

Almaniyanın Müdafiə naziri Boris Pistorius da mövzu ilə bağlı çıxış edərək bildirib ki, Berlin gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik səyləri dəstəkləməyə hazırdır, lakin hərbi iştirak istisnadır. Pistorius Almaniyanın əsas məsuliyyətinin NATO-nun şərq cinahı və şimal bölgələri olduğunu xatırladaraq, ABŞ-ın nəhəng hərbi dəniz donanmasının təkbaşına edə bilmədiyi işi bir neçə Avropa freqatından gözləməsini sual altına qoyub.

Mövzuya görə xəbərlər