Son dəqiqə

Azərbaycan əmlak bazarı Türkiyədə əmlak bazarının xarici investorlar üçün cazibədarlığı Daşınmaz əmlak və investisiya fürsətləri Daşınmaz əmlak yatırımları daşınmaz əmlak bazarı

Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 60 daşınmaz əmlak satın alıblar ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29 obyekt azdır.

Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyədə 124 min 549 mənzil satın alınıb ki, bu da 2025-ci ilin fevral ayı ilə müqayisədə 5,9 faiz çoxdur.

Məlumata görə, 2026-cı ilin yanvar- fevral aylarında Türkiyədə 236 min 29 mənzil satın alınıb.

"Bu göstəricilər 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2026-cı ilin fevral ayında Türkiyədə xarici vətəndaşlara min 506 mənzil satılıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azdır.

Keçən ilin yanvar- dekabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 21 min 534 mənzil alıblar ki buda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azdır.

Mövzuya görə xəbərlər