Son dəqiqə

Fransa Emmanuel Makron

Fransızların 60 faizdən çoxu Makronun istefasını istəyir

Bakı, TurkicWorld

Fransızların 60 faizindən çoxu fransa prezidenti Emmanuel Makronun istefasını istəyir.

TurkicWorld xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti "Odoxa-Backbone" sosioloji xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə istinadən məlumat yayıb. Respondentlərin 61% hazırkı dövlət başçısının istefasını dəstəkləyir.

Nəşrin yazdığına görə, bu göstərici 2024-cü ilin sentyabr ayından bəri 7 faiz yüksəlib. Sorğunun nəticələrinə görə respondentlərin yalnız 38%- i Makronun istefasının əleyhinə çıxıb, sorğu iştirakçılarının 1%-i isə bitərəf qalmağa üstünlük verib.

İctimai rəy sorğusu 2-3 yanvar tarixlərində keçirilib və sorğuda ümumilikdə 1005 nəfər iştirak edib.

Bundan başqa, respondentlərin 62% prezident Makronu avtoritar bir lider kimi xarakterizə edib. Fransızların böyük əksəriyyəti Fransua Bayrunun ilin sonuna kimi baş nazir postunda qala bilməyəcəyini hesab edir. Respondentlərin 86% əmindir ki, Fransa prezidenti 2025-ci ilə kimi yeni baş nazir təyin etməyə məcbur qalacaq.

Qeyd edilir ki, Makron Demokratik Hərəkat partiyasının 73 yaşlı liderini dekabrın 13-də baş nazir təyin etmişdi. Onun sələfi Mişel Barnye dekabrın 4-də Milli Assambleyada keçirilən etimadsızlıq səsverməsindən sonra istefa verməli olmuşdu.

Mövzuya görə xəbərlər