Bakı, TurkicWorld
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda neft kəməri ilə 48,2 milyard ton-km yük daşınıb.
Bu barədə TurkicWorld Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ton-km və ya 3% azdır.
Belə ki, 2023-cü ilin ilk 11 ayında ölkədə neft kəməri ilə 49,7 milyard ton-km yükün daşınması həyata keçirilmişdi.
Eyni zamanda sözügedən dövr ərzində Azərbaycanda qaz kəməri ilə 11,9 milyard ton-km yük daşınıb. Bu isə 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 191 milyon ton-km və ya 1,6% çoxdur.
Qeyd edək ki, ötən ilin ilk 11 ayı ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 35,3 milyon ton neft, magistral qaz kəmərləri ilə isə 36,3 milyard kub-metr qaz nəql edilib.