Bakı. TurkicWorld:
Türkiyənin Türk Hava Yolları (THY) aviaşirkəti idman fəaliyyətini bir araya gətirmək üçün idman şirkəti quracaq.
TurkicWorld xəbər verir ki, THY bunu üçün 1 milyon lirə sərmayə ayırıb.
"Hal-hazırda Türk Hava Yolları İdman Klubu adı altında idman tədbirlərinin hamısını və ya bir hissəsini həyata keçirmək üçün, İdman Klubları və İdman Federasiyaları çərçivəsində birliyimiz 100% paya sahib olacaq", - deyə THY-dən bildirilib.