Son dəqiqə

Filippin

Filippində qasırğa və tayfun səbəbilə ölənlərin sayı artıb

Bakı, TurkicWorld

Filippində 24 oktyabrdan bəri davam edən "Trami" tropik qasırğası və "Kong-rey" tayfunu səbəbilə ölənlərin sayı 145-ə yüksəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Filippin Meteorologiya Bürosu (PAGASA) "Facebook" sosial şəbəkəsində açıqlama verib.

Məlumatda bildirilib ki, "Kong-rey" tayfunu Kaqayan bölgəsindən 350 kilometr məsafədədir və tayfunun sürəti saatda 230 kilometrə çatıb.

Qeyd edək ki, oktyabrın 27-də "Trami" qasırğası səbəbilə 5,7 milyon insanın yerindən olduğu və təxminən 92 min ailənin təxliyə mərkəzlərində sığınacaq tapdığı bildirilmişdi.

"Trami" tropik qasırğasının yaratdığı fəlakətlər nəticəsində oktyabrın 28-də isə ölənlərin sayı 97-ə yüksəlmişdi.

Mövzuya görə xəbərlər