Son dəqiqə

Bunu bilirsinizmi?

Qədim Misir mumiyasında Qara Ölüm bakteriyası tapılıb

Bakı, TurkicWorld

Qədim Misirdən olan bir mumiyada bubon taununun (Qara Ölüm) izləri tapılıb.

TurkicWorld xəbər verir ki, Bubon taununa səbəb olan Yersinia pestis bakteriyası, 14-cü əsrdə Avropada milyonlarla insanın ölümünə yol açmış və ümumiyyətlə gəmiricilər üzərində yaşayan birələr tərəfindən ötürülmüşdür. Bu bakteriya, limfa düyünlərində şişməyə, yüksək hərarət, titrəmə və qıcolmalar kimi simptomlara səbəb olur.

İlk dəfə olaraq Qədim Misirdə tapılan Y. pestis bakteriyasının izləri, bu xəstəliyin bölgədə də mövcud olduğu ehtimalını gücləndirir. Tədqiqatçılar, mumiyanın təxminən 3300 il əvvəlki Yeni Krallıq dövrünə aid olduğunu müəyyən ediblər. Müəyyən edilmiş Y. pestis DNT-sinin izləri, mumiyanın sümük toxumasında və bağırsağında tapılıb. Bu, xəstənin xəstəliyin çox irəliləmiş mərhələsində öldüyünü göstərir.

Tədqiqatçılar bu tapıntının, Avrasiyadan kənarda ilk dəfə təsdiq edilən Y. pestis genomu olduğunu və Qədim Misirdə vəbanın mövcudluğuna dair molekulyar sübut təqdim etdiyini bildiriblər. Bununla yanaşı, xəstəliyin bölgədə nə qədər yayıldığı ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğu vurğulanıb.

Mövzuya görə xəbərlər