Son dəqiqə

Filippin

Filippində vulkan püskürüb

Bakı, TurkicWorld

Filippində Kanlaon vulkanının püskürməsindən sonra təxminən 87 min insanın təxliyyə prosesi başlayıb.

TurkicWorld xəbər verir ki, Filippin Mülki Müdafiə İdarəsindən verilən açıqlamada Neqros adasındakı Kanlaon vulkanının püskürməsindən sonra can itkisinin olmadığı bildirilib.

Açıqlamada bildirilib ki, vulkanın qərb və cənub yamaclarına ən yaxın rayonlarda yerləşən şəhər və kəndlərdə fövqəladə kütləvi evakuasiya aparılıb. Vulkanın ətrafındakı 6 kilometrlik "təhlükə zonası"ndan 47 minə yaxın insanın təxliyə edildiyi, təxliyyə prosesinin təxminən 87 min nəfəri əhatə edəcəyi bildirilib

Qeyd edək ki, Kanlaon vulkanı iyun ayında aktivləşib. Vulkan təxminən 6 dəqiqə püskürüb və 5 min metr hündürlüyə çatan tüstü yaradıb.

Mövzuya görə xəbərlər