Son dəqiqə

Filippin

Filippinin cənubunda bərə qəzası: ölənlərin sayı 15 nəfərə çatıb, 43 nəfər itkin düşüb

BAKI, TurkicWorld

Filippinin cənub sularında “Trisha Kerstin 3” bərəsinin batması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

TurkicWorld bu barədə xarici KİV-ə istnadən xəbər verir.

Ölkənin sahil mühafizə xidmətinin məlumatına görə ümumilikdə 316 nəfər xilas edilib, 43 nəfər isə itkin düşmüş hesab olunur və onların axtarışı davam etdirilir.

Hadisə Basilan əyalətinin sahillərindən təqribən bir dəniz mili aralıda baş verib. İlkin məlumata görə, bərə Colo adasına doğru yönələn zaman texniki nasazlıqlarla üzləşib və batıb.

09:42
xxx

Filippinin cənubunda göyərtəsində təxminən 332 sərnişin və 27 heyət üzvü olan bərə batıb.

TurkicWorld xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bərə Zambaonqa şəhərindən Colo adasına gedərkən batıb.

Xilasetmə əməliyyatının gedişində 215 nəfər sağ tapılıb, 7 nəfərin meyiti sudan çıxarılıb.

İlkin ehtimala görə, bərə texniki problem səbəbindən batıb.

Mövzuya görə xəbərlər