Son dəqiqə

Filippin zəlzələ Zəlzələ Xəbərdarlıq Sistemi seysmik stansiya seysmik hadisələr Seysmik aktivlik zəlzələ fay xətti Zəlzələnin təsiri və nəticələri zəlzələ sonrası layihələr

Filippinin sahillərində 6,4 bal gücündə zəlzələ baş verib

BAKI,TurkicWorld, Nailə Babazadə

Filippinin cənub-şərqində yerləşən Bakulin bölgəsi sahillərində 6,4 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.

TurkicWorld xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) Filippinin cənub-şərq sahillərində zəlzələnin qeydə alındığını açıqlayıb.

Gücü 6,4 olaraq ölçülən zəlzələnin episentrinin Bakulin bölgəsindən təxminən 16 kilometr şərqdə, dənizdə yerləşdiyi qeyd olunub.

Təxminən 35 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində hələlik insan tələfatı və maddi zərər barədə məlumat verilməyib, həmçinin sunami xəbərdarlığı da edilməyib.

Dünyada seysmik aktivliyin ən çox müşahidə olunduğu ölkələrdən biri olan Filippin, “odlar halqası” kimi də tanınan Sakit okean Zəlzələ Qurşağında yerləşir.

Mövzuya görə xəbərlər