Son dəqiqə

Çin Filippin

Çin çevrilmiş gəmidən xilas edilən 15 dənizçini Filippinə təhvil verib

BAKI, TurkicWorld

Çin bazar günü Filippin nümayəndələrinə Huanqyan adası yaxınlığında çevrilən gəmidən xilas edilən 15 dənizçini, həmçinin həlak olan iki nəfərin cəsədini təhvil verib.

TurkicWorld-un xəbərinə görə, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Məlumata əsasən, ekipajın dörd üzvü hələ də itkin düşmüş hesab olunur.

Xatırladaq ki, yanvarın 23-də Sinqapurda qeydiyyatdan keçmiş və Filippindən Çinə yola düşən quru yük gəmisi Cənubi Çin dənizində çevrilib. Gəminin göyərtəsində ümumilikdə 21 nəfər olub.

Mövzuya görə xəbərlər