Son dəqiqə

Türkiyə Xorvatiya Baykar Haluk Bayraktar

BAYKAR Xorvatiya şirkəti ilə müqavilə imzalayıb

Bakı,TurkicWorld

Türkiyənin BAYKAR və Xorvatiyanın ORQA şirkəti, ORQA istehsalı olan FPV Dronlarının Bayraktar TB2 PUA-ya inteqrasiyası üçün əməkdaşlıq müqaviləsi imzalayıb.

TurkicWorld xəbər verir ki, dünyanın ən böyük silahlı pilotsuz uçuş aparatı (PUA) ixracatçısı olan BAYKAR, yerli və xarici faydalı yüklərin platformalarına inteqrasiyasını davam etdirir.

BAYKAR baş direktoru Haluk Bayraktar mövzu ilə bağlı açıqlama verib.

“Bu gün Xorvatiya Müdafiə Nazirliyinin dəyərli nümayəndələri və Xorvatiya səfirimizlə birlikdə Xorvatiyanın ORQA şirkəti ilə onlar tərəfindən hazırlanmış FPV Dronlarının Bayraktar TB2 platformamıza inteqrasiyası üçün müqavilə imzaladıq. Ümid edirəm ki, bu saziş iki ölkə üçün də faydalı olacaq”,- deyə Bayraktar bildirib.

FPV (First Person View) pilotsuz uçuş aparatları yüksək manevr qabiliyyətinə malik pilotsuz uçuş aparatlarıdır ki, burada istifadəçi kameradan canlı görüntünü bir cüt eynək və ya ekran vasitəsilə görə bilir.

Ukrayna-Rusiya müharibəsi, FPV dronlarının aşağı qiyməti və istifadəsi asanlığı ilə müasir müharibədə nə qədər effektiv ola biləcəyini ortaya qoyub.

Mövzuya görə xəbərlər