Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan

Türkiyə türklərin də, kürdlərin də ölkəsidir- Ərdoğan

Bakı, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 29 Oktyabr Respublika Günü münasibətilə Anıtkabirdə keçirilən mərasimdə iştirak edib.

TurkicWorld xəbər verir ki, Ərdoğan çıxışı zamanı, Türkiyə Cümhuriyyətinin 101-ci ildönümünü qeyd edərək, ölkənin və millətin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlərin görüldüyünü vurğulayıb. Həmçinin, Cümhuriyyətin həm türklərin, həm də kürdlərin, lazların, çərkəzlərin, ərəblərin, rumların və bütün vətəndaşların Cümhuriyyəti olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin birlik və həmrəyliyinə vurğu edərək, Dövlət Bahçelinin də tez-tez sitat gətirdiyi Ziya Gökalpın sözlərini xatırladıb: "Türklərin və kürdlərin bir-birini sevməsi həm dini, həm də siyasi bir borcdur. Kürdləri sevməyən türk varsa, türk deyil. Türkü sevməyən kürd varsa, o da türk deyil."

Ərdoğan, türk və kürd xalqlarının birlik və həmrəyliyinə diqqət çəkərək, Alparslanın Malazgirt döyüşündə türk, kürd və ərəb əsgərlərinin birgə döyüşdüyünü də vurğulayıb.

Ərdoğan əlavə edib ki, "Uzun müddətdir bizi bir-birimizdən ayırmağa çalışırlar. Çünki onlar Malazgirtin və Yerusəlimin fəthinin qisasını almaq istəyirlər."

O, xalqa səslənərək, qardaşlığın qorunması və düşmənləri sevindirməmək üçün birliyin əhəmiyyətini vurğulayıb: "Biz bu tələyə düşməyəcəyik. Qardaşlığımızı məhv etməyə çalışanlara imkan verməyəcəyik."

Qeyd edək ki, bundan öncə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli də, Cümhuriyyətin 101-ci ildönümü münasibətilə yayımladığı mesajda, Türkiyə Cümhuriyyətinin kürd problemi olmadığını və olmayacağını, mövcud problemin separatçı terror problemi olduğunu qeyd etmişdi.

Mövzuya görə xəbərlər