Son dəqiqə

Türk Hava Yolları THY

THY avqustda 8 milyondan çox sərnişin daşıyıb

Bakı,TurkicWorld

Türk Hava Yollarının (THY) avqustda 8,4 milyon sərnişin daşıyıb, donanmadakı təyyarə sayı isə 462-yə yüksəlib.

TurkicWorld xəbər verir ki, bu barədə THY, İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) məlumat verib.

Açıqlamaya görə, aviaşirkətin 2023-cü ilin avqust ayında 8,7 milyon olan ümumi sərnişin sayı, 2024-cü ilin eyni dövründə 3,2 faiz azalaraq 8,4 milyon olub.

Aviaşirkət 2023-cü ilin yanvar-avqust dövründə 56 milyon sərnişin daşıdığı halda bu ilin həmin dövründə sərinişinlərin sayı 2,5 faiz artaraq 57,4 milyona çatıb.

Mövzuya görə xəbərlər