Son dəqiqə

Türk Hava Yolları THY Havelsan

HAVELSAN THY-yə yeni uçuş simulyatorları təhvil verib

Bakı,TurkicWorld:

HAVELSAN beşinci tam uçuş simulyatorunu Türk Hava Yolları (THY)-na təhvil verib.

TurkicWorld xəbər verir ki, iki şirkət arasında cəmi 11 Airbus A320 CEO/NEO, Boeing B737MAX tam uçuş simulyatorları və uçuş təlimi cihazları üçün tədarük müqaviləsi üzrə istehsal və tədarüklər davam edir.

THY tərəfindən idarə olunan daha bir HAVELSAN istehsalı tam uçuş simulyatoru da bu ay Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) D səviyyəli sertifikatını əldə edib.

Qeyd edək ki, bu ildən etibarən HAVELSAN hava yolları və simulyator təlim mərkəzlərinə fəaliyyətini və dəstəyini artırmağı, ildə səkkiz tam uçuş simulyatoru istehsal etmək gücünə sahib olmağı və çevik həllər təqdim etməklə hava yollarının təlim mərkəzlərinin fəaliyyətini genişləndirməkdə dəstəkləməyi hədəfləyir.

Mövzuya görə xəbərlər