Bakı. TurkicWorld:
Varşavadan İstanbula uçan Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi üçün Rumıniya hava məkanında bomba xəbərdarlığı alıb.
TurkicWorld xəbər verir ki, məsələ ilə bağlı THY mətbuat ofisi açıqlayıb.
Məlumata əsasən, xəbərdarlığa görə təyyarə Buxarest hava limanına məcburi eniş edib.
Yoxlamalar zamanı xəbərin əsassız olduğu açıqlanıb.
"Buxarestə endikdən sonra prosedur çərçivəsində 150 sərnişinimiz təyyarədən təxliyə edilib və müvafiq qurumun nəzarəti altında təyyarədə axtarış aparılıb. Axtarışlar nəticəsində heç bir bombaya rast gəlinməyib və xəbərin əsassız olduğu anlaşılıb", - deyə açıqlamada qeyd edilib.