Son dəqiqə

THY

Türk Hava Yolları ötən ay 7,8 milyon sərnişin daşıyıb

Bakı, TurkicWorld

Türk Hava Yolları (THY) ötən ay 7,8 milyon sərnişin daşıyıb.

TurkicWorld xəbər verir ki, bu barədə şirkətin 2024-cü ilin iyun ayı trafik nəticələrinə qeyd edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə daşınan sərnişin sayını 7,4 faiz artıraraq 7,8 milyona çatdıran THY-nin beynəlxalq doluluq nisbəti 81,7 %, daxili doluluq nisbəti isə 87,5 % olub.

2023-cü ilin iyun ayında beynəlxalq transfer sərnişinlərinin sayı 2,4 milyon olduğu halda, bu ilin eyni dövründə 11,3 faiz artaraq 2,6 milyona çatıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər