Son dəqiqə

Milli Məclis Ombudsman Səbinə Əliyeva

Ombudsman 2025-ci il üzrə məruzəsini Milli Məclisdə təqdim edib

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2026-cı il martın 3-də “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” 2025-ci il üzrə məruzəsi ilə Milli Məclis qarşısında çıxış edib.

TurkicWorld xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Çıxışdan əvvəl Ombudsman və Aparatın əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad ediblər. Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi də hörmətlə anılıb.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib, vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi hörmətlə yad olunub.

Daha sonra media nümayəndələrinə müsahibə verən Səbinə Əliyevə illik məruzənin Milli Məclisdə təqdimatı zamanı qeyd olunacaq məsələlər barədə məlumat verib. Müvəkkil məruzədə təqdim olunmuş təklif və tövsiyələrin müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsinin effektiv təmininə xidmət etdiyini bildirib.

Milli Məclisdə çıxışı zamanı Ombudsman ötən il ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı vəziyyət, görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verib. Müvəkkil məruzədə ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli təmini və müdafiəsi məqsədilə bir sıra təklif və tövsiyələr verib.

Qeyd edək ki, Ombudsmanın 2025-ci il üzrə məruzəsi təsisatın rəsmi internet saytında yerləşdirilib və geniş ictimaiyyətə yayımlanması üçün müvafiq media subyektlərinə təqdim olunub.

Mövzuya görə xəbərlər