Son dəqiqə

Türkiyə İsrail İran THY Pegasus Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Abdulkadir Uraloğlu Aviasiya sektoru İran-İsrail gərginliyi

Təyyarələrimiz təhlükəsiz şəkildə ölkəyə qayıdır - Uraloğlu

BAKI, TurkicWorld

İranda qalan Türkiyə təyyarələri geri qaytarılır.

TurkicWorld xəbər verir ki, İran-İsrail qarşıdurması səbəbindən İranda qalan Türk Hava Yolları və Pegasus şirkətlərinə məxsus təyyarələr tezliklə Türkiyəyə qaytarılacaq.

Bu barədə Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu sosial media hesabında məlumat paylaşıb.

Nazirin sözlərinə görə, Mülki Aviasiya Baş İdarəsinin İranlı tərəfdaşlarla apardığı danışıqlardan sonra xüsusi uçuş icazələri alınıb. Təmir briqadalarını daşıyan təyyarələr artıq İranın Şiraz və Tehran şəhərlərinə çatıb. Hal-hazırda THY-yə məxsus təyyarə Şirazda texniki yoxlamadan keçir. Pegasus Hava Yollarına məxsus 4 təyyarənin də (3-ü Şiraz və 1-i Tehran) uçuş üçün hazırlanaraq yaxın vaxtda Türkiyəyə geri dönəcəyi bildirilib.

Qeyd edək ki, İran və İsrail arasında son gərginlik nəticəsində bir sıra beynəlxalq aviareyslər təxirə salınmış və bölgədəki aviasiya fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılmışdı.

Mövzuya görə xəbərlər