Bayraktar AKINCI atış testlərini uğurla başa vurub

Bayraktar AKINCI atış testlərini uğurla başa vurub

Bakı. TurkicWorld:

Bayraktar AKINCI Hücum Pilotsuz Uçuş Vasitəsi (TİHA) Roketsan tərəfindən hazırlanmış IIR (Görüntüləmə İnfraqırmızı) idarə olunan MAM-T və TV idarə olunan MAM-L atış sınaqlarını uğurla başa vurub.

TurkicWorld xəbər verir ki, bu barədə Baykar baş direktoru Haluk Bayraktar öz sosial media hesabında paylaşım edib.

O, Türkiyənin ən çox ixrac etdiyi döyüş sursatları olan lazerlə idarə olunan mini ağıllı sursatların daha bir mühüm həddi keçdiyini və bulud üstü zərbə qabiliyyətinə sahib olduğunu bildirib.

"Bayraktar AKINCI tərəfindən həyata keçirilən IIR idarə olunan MAM-T və TV idarə olunan MAM-L Atış Testi uğurla tamamlandı.” - deyə Bayraktar qeyd edib.

Xatırladaq ki,Bayraktar AKINCI dünən Roketsan-ın İHA-122 raketi ilə səsdən sürətli raket atış sınağını müvəffəqiyyətlə tamamlayıb.

Hafiz Rufizoğlu