Bakı. TurkicWorld:
Mərmərədə batan gəmi ilə bağlı heç bir dəlil tapılmayıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
"Mərmərə dənizindəki İmralı adasının cənub-qərbində 59 metr uzunluğunda və altı ekipaj üzvü olan “Batuhan A” adlı quru yük gəmisindən saat 06.32-də nazirliyimiz sistemlərinə təcili siqnal göndərilib. Sahil Təhlükəsizliyi Baş İdarəmizin və Sahil Mühafizə Komandanlığının dəniz və hava qüvvələri dərhal bölgəyə yönəldilib. Türk Radiosu vasitəsilə bölgədəki gəmilərə zənglər edilib", - deyə o əlavə edib.
Uraloğlu onu da bildirib ki, axtarış-xilasetmə tədbirləri bütün müvafiq qurumlar tərəfindən davam etdirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Mərmərə dənizində, İmralı adasının cənub-qərbində 69 metr uzunluğundakı yük gəmisi əverişsiz hava şəraiti səbəbilə batıb.







