Son dəqiqə

Mərmərə dənizi Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya

Mərmərə dənizində axtarış-xilasetmə işləri davam edir - Yerlikaya

Bakı. TurkicWorld:

Mərmərə dənizində axtarış-xilasetmə işləri davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya bildirib.

"Dərhal hadisə yerinə iki Sahil Mühafizə gəmisi və Sahil Mühafizə qayığı sövq edilib, həmçinin, Sahil Təhlükəsizliyi Baş İdarəsi tərəfindən eyni vaxtda iki əlavə gəmi bölgəyə təyin edilib. Bundan əlavə, dəstək üçün bölgəyə Sahil Mühafizəsi Korveti və Sahil Mühafizə Təyyarəsi təyin edilib. Əlverişsiz hava şəraiti səbəbindən bölgəyə köçürülə bilməyən bir Sahil Mühafizə Helikopteri hazır gözləyir və hava şəraiti imkan verərsə dərhal transfer ediləcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Mərmərə dənizində, İmralı adasının cənub-qərbində 69 metr uzunluğundakı yük gəmisi əverişsiz hava şəraiti səbəbilə batıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər